YouTube Kids üçün kontent siyasətləri

YouTube Kids tətbiqi uşaqların onlayn video vasitəsilə maraqlarını kəşf etməyi üçün daha təhlükəsiz və sadə platforma kimi hazırlanıb. Bu ayrıca tətbiq YouTube'un filtrlənmiş versiyasıdır və orada YouTube tətbiqi, eləcə də veb saytı ilə müqayisədə daha az kanal və video mövcuddur. Yaşa və keyfiyyət prinsiplərimizə uyğun olan, həmçinin qlobal miqyasda uşaqların fərqli maraqlarını qarşılamaq üçün kifayət qədər müxtəlif kontenti müəyyənləşdirməyə çalışırıq.

Aşağıda hansı tip kontentin YouTube Kids'ə uyğun olduğu barədə məlumat verən YouTube Kids siyasətlərimiz var. YouTube Kids'də görünməsi üçün kontent bu siyasətlərə uyğun olmalıdır. Bu siyasətlər aşağıda göstərilən məzmunlu kontentləri kənarlaşdırmaq üçün hazırlanıb:

Bu siyasətlər valideynlərin və uşaq inkişafı, uşaq mediası, rəqəmsal öyrənmə və vətəndaşlıq üzrə xarici mütəxəssislərin rəylərindən istifadə edilərək hazırlanıb. Bu siyasətlərə əsasən, azyaşlı auditoriyamıza gözəl təcrübə yaşatmaq üçün video və ya kanallar YouTube Kids'dən kənarlaşdırıla bilər.

Kontent ayarları

Tətbiqdə 3 kontent ayarı əlçatandır: Məktəbəqədər, Azyaşlı və Ortayaşlı. Övladınızın görəcəyi kontent YouTube Kids'i quraşdırarkən seçdiyiniz ayara əsaslanacaq.

Məktəbəqədər

4 və daha az yaşlı uşaqlar nəzərdə tutularaq hazırlanıb

Azyaşlı

5-8 yaşlı uşaqlar nəzərdə tutularaq hazırlanıb

Ortayaşlı

9-12 yaşlı uşaqlar nəzərdə tutularaq hazırlanıb

Kontent Siyasətləri

Siyasətlərimiz hər kontent ayarı üçün hansı növ kontentin uyğun olduğunu müəyyənləşdirir. Övladınız üçün kontent ayarı seçdiyiniz zaman o, bu ayara uyğun kontenti görə biləcək. Seçdiyiniz ayar onun axtarışlarda və ya tövsiyə olunan videolarda tapdıqlarına təsir edəcək. Avtomatlaşdırılmış sistemimiz və ekspertlərimiz seçdiyiniz ayara əsaslanaraq uyğun kontenti müəyyənləşdirmək üçün çalışır. Sistemlərimiz uşaqlar üçün uyğun olmayan kontenti kənarlaşdırmağa çalışır, lakin bütün videolar manual olaraq nəzərdən keçirilmir. Nəzərimizdən qaçan uyğunsuz kontentlə rastlaşdığınız zaman onu bloklaya və ya tez nəzərdən keçirməyimiz üçün şikayət edə bilərsiniz.

Məktəbəqədər Uşaqlar üçün Kontent Ayarı

Məktəbəqədər uşaqlar üçün ayar 4 və daha az yaşlı uşaqlar nəzərdə tutularaq hazırlanıb. Bu kontent ayarına yaradıcılıq, əyləncə, öyrənmə və araşdırmaya təşviq edən videolar daxildir. Populyar video kateqoriyalarına incəsənət və sənətkarlıq, uşaq şeirləri, cizgi filmləri, səsli kitablar, qrup vaxtı, oyuncaqlar, oyun və yoqa daxildir.
Bəzi videolara aşağıdakılar daxil ola bilər:

Seksual kontent: Əl-ələ tutmaq və ya yanaqdan öpmək kimi sevginin romantik olmayan ifadələri. Seksual və cinsi mənsubiyyətlə bağlı yaşa uyğun maarifləndirci videolar.

Zorakılıq: Qeyri-zorakı və qorxulu olmayan ssenari və ya animasiya videoları.

Silahlar: Oyuncaq, oyun, animasiya kontekstində real olmayan silahları (məsələn, su silahı) əks etdirən yaşa uyğun videolar.

Təhlükəli Kontent: Təcrübəli şəxslər tərəfindən heç bir təlimat olmadan həyata keçirilən fəndləri əks etdirən videolar (məsələn, basketbolçuların fəndləri). Boya, yapışqan və ya qayçı kimi yaşa uyğun məhsullardan və ya alətlərdən istifadə edilən incəsənət və sənətkarlıq videoları.

Dil: Təhqiramiz dil və ya söyüşdən istifadə edilməyən videolar.

Musiqi Videoları: Seksual mövzuları əks etdirməyən yaşa uyğun musiqi videoları.

Azyaşlılar üçün Kontent Ayarı

Azyaşlılar üçün kontent ayarı 5-8 yaşlı uşaqlar nəzərdə tutularaq hazırlanıb. Bu kontent ayarı azyaşlı uşaqların artan maraqlarını qarşılamaq üçün daha geniş mövzuları əhatə edir. Populyar kateqoriyalara oyunlar, ən yaxşı 40 mahnı koveri, ailə vloqgerləri, cizgi filmləri, ÖD işləri, öyrənmə, əl işləri və ümumilikdə ibtidai sinif uşaqlarına uyğun olan digər kontentlər daxildir. Həmçinin buraya Məktəbəqədər uşaqlar üçün kontent ayarından olan bütün kontentlər daxildir.

Bəzi videolara aşağıdakılar daxil ola bilər:

Seksual kontent: Dodaqdan sürətli öpüş kimi qısa sevgi və qayğı görüntüləri də daxil olmaqla romantik mövzulu videolar.

Zorakılıq: Maarifləndirici, lakin hadisə kontekstində yüngül zorakılıq səhnələri ehtiva edən tarixi hadisələrlə əlaqəli yaşa uyğun videolar. Qrafik olmayan, kobud cizgi filmi zorakılığı.

Silahlar: Real silahları (məsələn, samuray qılıncının rəsmi) əks etdirən tarixi və klassik videolar.

Təhlükəli Kontent: Ziyansız yarışları, zarafatları və ya zərər vermə ehtimalı olmayan fəndləri əks etdirən videolar. Alkoqol və ya tütünü diqqətdən kənar şəkildə əks etdirən videolar. Təhlükəsizlik xəbərdarlıqları ilə asan əldə olunan məhsul və alətlərdən istifadə edilən ÖD videoları.

Dil: Bu hədəf yaş qrupu üçün "aman tanrım" və ya "axmaq" kimi arabir yüngül təhqiramiz ifadələrdən istifadə edilən videolar.

Pəhriz, Fitnes və Gözəllik: Yaradıcı və bədii ifadəyə yönələn makiyaj dərsləri. Sağlam qidalanma və idmanla bağlı yaşa uyğun maarifləndirici videolar.

Həssas Mövzular: Narahatlıq və Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) kimi uşaqlarla bağlı ümumi psixi xəstəlikləri müzakirə edən yaşa uyğun videolar. Bu ayardakı videolar müsbət mübarizə və bərpa strategiyalarına, həmçinin kömək axtarmağın vacibliyinə yönəldilmişdir.

Musiqi Videoları: Arxa fonda alkoqol və ya tütün göstərilən musiqi videoları. Seksual olmayan romantik mövzular və ya "axmaq", yaxud "səfeh" kimi yüngül təhqiramiz dildən istifadə edilən musiqi sözləri.

Ortayaşlılar üçün Kontent Ayarı

Ortayaşlılar üçün kontent ayarı 9-12 yaşlı uşaqlar nəzərdə tutulularaq hazırlanıb. Bu ayar YouTube'dakı milyonlarla videolardan filtrlənmiş nisbətən yetkin kontentə hazır olan ortayaşlı uşaqlar üçündür. Məsələn, tətbiqdə YouTube Kids'in Azyaşlı və Məktəbəqədər uşaqlar üçün kontent ayarından kənar edilmiş musiqi, oyunlar, vloglar, komediya və idman növləri əks etdiriləcək. Həmçinin buraya Azyaşlı və Məktəbəqədər uşaqlar üçün kontent ayarından olan bütün kontentlər daxildir. Bu ayar yetkinlər üçün nəzərdə tutulmuş kontenti blok edir. Lakin bütün kontentləri manual olaraq nəzərdən keçirmək mümkün olmadığına və heç bir avtomatlaşdırılmış sistem mükəmməl olmadığına görə bəzi videolar nəzərdən qaça bilər.

Bəzi videolara aşağıdakılar daxil ola bilər:

Böyüklər üçün kontent: Romantika və diqqətçəkmə ilə əlaqəli seksual olmayan təcrübələri əks etdirən və ya müzakirə edən videolar, məsələn, görüş və ya ilk öpüş. Yetkinlik və nəsil artırma kimi cinsi tərbiyə mövzularında yaşa uyğun videolar.

Zorakılıq: Maarifləndirici xarakter daşıyan, lakin hadisə kontekstində yüngül zorakılıq səhnələrini ehtiva edə biləcək cari hadisələrlə əlaqəli yaşa uyğun videolar. Oyunlarda, televiziya şoularında və filmlərdə geniş yayılmış ssenari və animasiya videolarında qrafik olmayan zorakılıq.

Silahlar: Oyuncaqla oyun kontekstində real olmayan oyuncaq silah əks etdirən videolar. Oyun və animasiya tipli kontentdə real görünən silahlar.

Təhlükəli Kontent: Peşəkar mühitdə (məsələn, TV/film studiyası) icra olunan, zərərə səbəb ola biləcək təhlükəli hərəkətlər. Alkoqol və ya tütündən arabir bəhs edilən və ya istifadə edilən videolar. Asan əldə olunan məhsul və alətlərdən, yaxud "X-acto" bıçağı və ya mişar kimi kəsici əşyadan qısa müddətli istifadə edilən ÖD videoları.

Nalayiq Dil: Narahatedici olmayan kontekstdə "lənətə gəlmiş" və ya "zibilə qalmış" kimi arabir yüngül söyüşdən istifadə edilən videolar.

Pəhriz, Fitnes və Gözəllik: Gözəllik məhsulunun nəzərdən keçirilməsi, yaşa uyğun makiyaj dərsləri, həmçinin sağlamlıq və rifah haqqında maarifləndirici kontenti olan videolar.

Həssas Mövzular: Psixi sağlamlıq, asılılıq, qidalanma nizamsızlığı, itki və kədər kimi həssas məsələləri müzakirə edən yaşa uyğun videolar. Bu ayardakı videolar qrafik təsvirlər ehtiva etmir, müsbət mübarizə və bərpa strategiyalarına, həmçinin kömək axtarmağın vacibliyinə yönəldilmişdir.

Musiqi Videoları: Əsassız olmayan seksual rəqslər və arabir alkoqol, yaxud tütün istifadəsi olan musiqi videoları. Yüngül söyüş, yaxud arabir alkoqol və ya tütündən bəhs edən musiqi sözləri.

Kommersiya elementləri olan kontent

Ödənişli məhsul yerləşimi və ya məhsul tövsiyəsi olan kontent. YouTube Kids'də ödənişli məhsul yerləşimi və ya məhsul tövsiyəsi olan videolara icazə verilmir. Yaradıcı YouTube Studiya vasitəsilə videosunda ödənişli məhsul yerləşimi və ya məhsul tövsiyəsi barədə məlumat verdikdə video YouTube Kids tətbiqindən silinəcək.

Həddindən artıq kommersiya xarakterli kontent. YouTube Kids'də aşağıdakılar da daxil olmaqla, həddindən artıq kommersiya və ya reklam xarakterli kontentə icazə verilmir:

  • Yaradıcı və ya brendlər tərəfindən yüklənmiş məhsul və xidmətlər üçün ənənəvi reklamlar.
  • İzləyicini məhsul almağa həvəsləndirən kontent.
  • Məhsulun qablaşdırmasına yönəlmiş videolar.
  • Məhsulların həddindən artıq yığılmasına və ya istehlakına yönəlmiş videolar.

Aldadıcı, sensasiyalı, yaxud klikbeyt kontent

YouTube Kids'də aldadıcı, sensasiyalı və ya klikbeyt olan videolara icazə vermirik. Buraya uşaqların diqqətini cəlb etmək və klik/baxış sayı əldə etmək üçün aldatma, sensasiya və/və ya manipulyasiyadan istifadə edən aşağı keyfiyyətli uşaq və ailə kontenti , xüsusilə də aşağıdakılar daxildir:

  • Aldadıcı başlıqlar və miniatürlər
  • Sensasiyalı başlıqlar və miniatürlər
  • Başlıqlarda açar sözlərin doldurulması (yəni açar sözlərdən həddindən artıq istifadə)
  • Uşaqlar üçün bir-biri ilə əlaqəsi olmayan mövzuların məcmusu

Bu, faydalı oldu?

Necə təkmilləşdirə bilərik?
Axtarış
Axtarışı silin
Axtarışı bağlayın
Əsas menyu
17698802223619745237
true
Yardım mərkəzi axtarın
true
true
true
true
true
59
false
false