Cəlbetmə göstəriciləri necə hesablanır

YouTube cəlbetmə göstəriciləri (baxışlar, bəyənmələr, bəyənməmələr və abunəliklər) izləyicilərin YouTube videonuzun və ya kanalınızla neçə dəfə qarşılıqlı əlaqədə olduğunu əks etdirir. Bu göstəricilər videonuzun və ya kanalınızın ümumi populyarlığını dəyərləndirmək üçün mühüm rol oynaya bilər.

Göstəricilərinizin yüksəkkeyfiyyətli olduğuna və kompüter proqramlarından deyil, həqiqi insanlardan əldə edildiyinə əmin olmaq istəyirik. Hansı baxışların, bəyənmələrin, bəyənməmələrin və abunəliklərin həqiqi olduğunu anlamaq üçün sistemlərimizə bir az vaxt lazımdır.

Qeyd: Videonuzun yayımlandığı ilk bir neçə saat ərzində göstəricilərinizin sistemimizdə görünməsi vaxt ala bilər.

Göstəricilərdə dəyişiklik

Həqiqicəlbetmə hadisələri hesablandıqdan sonra göstərici sayınız daha tez-tez yenilənməlidir. Bu dəyişikliklərin zamanlaması video və ya kanalın populyarlığından və baxış sayından asılı olaraq dəyişir. Nəzərə alın ki, davamlı olaraq cəlbetmə hadisələrini təsdiqləyir və düzəldirik.

Bəzi video və kanallarda göstərici sayınız donmuş görünə və ya gözlədiyiniz göstəriciləri göstərməyə bilər. Kontent yaradıcıları, reklamçılar və izləyicilər üçün ədalətli və müsbət təcrübəni təmin etmək məqsədilə göstəricilər alqoritmik olaraq təsdiqlənir. Göstəricilərin düzgünlüyünü doğrulamaq üçün YouTube göstərici sayınızı müvəqqəti olaraq yavaşlada, dondura və ya dəyişə və aşağı keyfiyyətli oxutmaları ləğv edə bilər.

Qeyd: Eyni videoya baxmaq üçün bir neçə cihazdan istifadə etmək və eyni videonu bir neçə pəncərə və tabda yayımlamaq aşağı keyfiyyətli oxutmalara misaldır.

Ödənişli reklam baxışları

Videonuz YouTube-da reklam kimi istifadə olunarsa, reklamınıza baxış sayısını videonuza baxış sayı kimi heseblaya bilərik. Bu ödənişli reklam baxışları izləyicinin video ilə qarşılıqlı əlaqədə olduğunu göstərdiyinə görə baxış kimi hesablanır.

  • Ötürülən yayımdaxili reklam: Ödənişli reklam baxışları aşağıdakı hallarda baxış kimi hesablanacaq:
    • 11-30 saniyə uzunluğunda olan tam reklama tam baxıldıqda
    • Uzunluğu 30 saniyədən çox olan reklamın ən azı 30 saniyəsinə baxıldıqda
    • Video ilə qarşılıqlı əlaqə qurulduqda
  • Lentdaxili video reklamlar: Ödənişli reklam baxışları reklam klikləndikdə və video oxudulmağa başladıqda baxış kimi hesablanacaq

YouTube Analitika ilə baxış sayına baxın

Yüklədiyiniz videoya baxırsınızsa, YouTube Analitika istifadə edərək baxışlarınızı daha yaxından izləyə bilərsiniz. Nəzərə alın ki, Real vaxt rejimində fəaliyyət yalnız potensial baxış fəaliyyəti ilə bağlı təxminləri göstərir. O, baxış səhifəsində gördüyünüz nömrəyə uyğun gəlməyə bilər.

Bu, faydalı oldu?

Necə təkmilləşdirə bilərik?
Axtarış
Axtarışı silin
Axtarışı bağlayın
Əsas menyu
6278942462530549033
true
Yardım mərkəzi axtarın
true
true
true
true
true
59
false
false