YouTube-da RSS lentdə epizodları yayımlayın və ya ondan ayırın

Podkast yaradıcısınızsa, podkastlarınızı RSS lenti vasitəsilə YouTube-a yükləmək üçün YouTube Studiyadan istifadə edə bilərsiniz. RSS lentində yayımlamaq və ya ondan ayırmaq üçün aşağıdakı addımlara əməl edin. Həmçinin podkastları RSS lentindən YouTube-a yükləmək barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd: RSS daxiletmə ölkələr/regionları seçin bölməsində əlçatandır.

RSS Lentlər ilə YouTube-a Audio Podkastları necə Yükləmək olar

Podkastları YouTube-a yükləmək üçün RSS lentinizə qoşulun

Başlamazdan öncə YouTube Studiyaya daxil olun. Sonra isə podkast epizodlarını RSS lentinizdən YouTube-a yükləmək üçün aşağıdakı addımlara əməl edin.

Submitting an RSS feed on YouTube

1. YouTube Studiyada Yaradın  və sonra Yeni podkast və sonra RRS lenti təqdim edin  üzərinə klikləyin.

Qeyd: Təkmil funksiyalara girişiniz yoxdursa, kimliyinizi doğrulamalısınız.

2. RSS Daxiletmə Aləti üzrə Xidmət Şərtlərini oxuyun və qəbul edin. 

3. Ekrandakı təlimatları oxuyun və Növbəti üzərinə klikləyin.

4. RRS lentinizi daxil edin və Növbəti üzərinə klikləyin.

5. Hesabınızı doğrulamaq üçün Kod göndərin üzərinə klikləyin. 

6. RSS lentindəki e-poçt ünvanına göndərilmiş doğrulama kodunu daxil edin və Doğrulayın üzərinə klikləyin. RSS lentinizdəki e-poçt ünvanını bilmirsinizsə, yayımçı xidməti ilə əlaqə saxlayın.

7. YouTube-da podkastınıza yükləmək istədiyiniz epizodları seçin və Növbəti üzərinə klikləyin. Yükləmək üçün aşağıdakıları seçə bilərsiniz:

  • Bütün mövcud epizodlar
  • Xüsusi bir tarixdən etibarən yayımlanmış epizodlar
  • Yalnız gələcək epizodlar
Epizodlarınızda ödənişli tanıtımlar varsa, "RSS lentindəki epizodların bir çoxunda ödənişli tanıtım var" seçimini edə bilərsiniz. YouTube-da RSS lenti üçün ən yaxşı təcrübələr barədə ətraflı məlumat əldə edin.

8. Görünmə dərəcəsi məlumatlarını nəzərdən keçirin və Yadda saxlayın üzərinə klikləyin.

RSS lentinizdən podkastlarınızı yayımlayın

Lentinizi quraşdırdıqdan sonra epizodlarınızın yüklənməsi bir neçə gün vaxt ala bilər. Podkastınız yayımlanmağa hazır olduqda e-məktub alacaqsınız, bununla belə, aşağıdakı addımlara əməl etməsəniz, podkastınız yayımlanmayacaq. 

Lenti paylaşmaq üçün,

  1. YouTube Studiyada Kontent və sonra Podkastlar bölməsinə daxil olun.
  2. Podkast lentinizin yanında "Video sayının" aşağısında Yayımlayın üzərinə klikləyin. Bu düymə yalnız podkast epizodlarınız yükləndikdən sonra görünəcək. 

Yayımladıqdan sonra podkast və bütün yeni epizodlarınız YouTube-da hər kəsə açıq olacaq. Bu ayarları Podkast məlumatları səhifəsində dəyişə bilərsiniz. Növbəti bölmədə defolt video görünmə dərəcəsini redaktə etmək qaydasını öyrənin.

Podkast məlumatlarını redaktə edin

RSS lentinizdə yüklənən podkast məlumatları əskik və ya yalnışdırsa, onları Podkast məlumatları səhifəsində redaktə edə bilərsiniz.

1. YouTube Studiyada Kontent və sonra Podkastlar bölməsinə keçin.
2. Redaktə etmək istədiyiniz podkastın üzərinə gəlin və Məlumatlar Edit setting, pencil icon bölməsini seçin.
3. Podkast məlumatları səhifəsində aşağıdakı ayarlardan birini güncəlləyin:

  • Başlıqlar
  • Təsvirlər
  • Videonun görünmə dərəcəsi
  • Defolt video sırası
  • RSS ayarları

4. Tamamlandıqda Yadda saxlayın üzərinə klikləyin.

Qeyd: Epizod məlumatları avtomatik şəkildə RSS lentinizdən güncəllənəcək. Epizod məlumatlarınız dəyişsə, onları RSS lentində redaktə edə bilərsiniz. YouTube Studiyada epizod məlumatlarını dəyişsəniz, RSS lentində həmin epizoda edilən gələcək redaktələri bloklayacağıq.

RSS lentini YouTube podkastınızdan ayırın

YouTube-da RSS lentini podkastdan ayırsanız, yeni epizodların yüklənməsi dayandırılacaq. 

  1. YouTube Studiyada Kontent və sonra Podkastlar bölməsinə daxil olun.
  2. Redaktə etmək istədiyiniz podkastın üzərinə gəlin və Məlumatlar Edit setting, pencil icon bölməsini seçin.
  3. Podkast məlumatları səhifəsindən RSS lent keçidini tapın və Ayırın üzərinə klikləyin.
  4. RSS lentini kanalınızdan ayırmaq istədiyinizi təsdiq edin.

Epizodu yenidən yükləyin

Audio faylı RSS lenti vasitəsilə güncəlləmək istəyirsinizsə, videonuzu yenidən yükləmək üçün aşağıdakı addımlara əməl edin.

  1. YouTube Studiyada Kontent və sonra Podkastlar bölməsinə daxil olun.
  2. Redaktə etmək istədiyiniz podkastın üzərinə gəlin və Videolar bölməsini seçin.
  3. Yenidən ötürmək istədiyiniz videonun üzərinə gəlin və menyunu klikləyin.
  4. RSS lentdən yenidən yükləyin bölməsini seçin. 

Bu, faydalı oldu?

Necə təkmilləşdirə bilərik?
Axtarış
Axtarışı silin
Axtarışı bağlayın
Əsas menyu
18340062856983000316
true
Yardım mərkəzi axtarın
true
true
true
true
true
59
false
false